Bank Of Baku

Hüsnü Mübarəkin kiçik oğlu Camalın həbs müddəti daha 15 gün uzadılıb

Hüsnü Mübarəkin kiçik oğlu Camalın həbs müddəti daha 15 gün uzadılıb
# 06 may 2011 12:06 (UTC +04:00)
Bakı – APA. Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin kiçik oğlu Camalın həbs müddəti daha 15 gün uzadılıb. APA-nın Misirin MEHA agentliyinə istinadən verdiyi məlumata görə, istintaqı Misir Ədliyyə Nazirliyi yanında iqtisadi cinayətlər üzrə komitə aparır. Həbs müddətinin uzadılması qərarı Camal Mübarək mayın 5-də Tora həbsxanasında dindirildikdən sonra qəbul edilib. Dindirmə 7 saatdan çox davam edib.

Camal qanunsuz varlanma və atasının xidməti vəziyyətindən varlanmaq üçün istifadə etməkdə ittiham olunur. H. Mübarəkin böyük oğlu Əlinin dindirilməsi isə hələlik təxirə salınıb.

İstintaq hazırda Camal və Əlinin malik olduğu maliyyənin dəqiq məbləğini və mənşəyini araşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR