Bank Of Baku

Kot d’İvuarda kütləvi məzarlar aşkar edilib

Kot d’İvuarda kütləvi məzarlar aşkar edilib
# 10 may 2011 01:43 (UTC +04:00)
Bakı-APA. BMT Şurasının təhqiqatçıları Kot d’İvuarda 50 nəfərdən çox insanın cəsədi olan məzarlar aşkar ediblər. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. BMT insan hüquqları şöbəsinin rəsmiləri məzarların bu gün ticarət mərkəzi olan Abican şəhərinin Yaopoqon rayonunda tapıldığını deyirlər. Yerli sakinlər qurbanların aprel ayının 12-si sabiq prezident Loran Qbaqboya sadiq döyüşçülər tərəfindən ölkənin yeni prezidenti Alassan Uattaranın tərəfdarlarına hücum zamanı qətlə yetirilən insanlar olduqlarını bildiriblər. BMT-nin insan hüquqları şöbəsi ötən həftə Yaopoqonda məzarlıq barədə daxil olan məlumatı araşdırdığını elan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR