Bank Of Baku

NATO aviasiyası Tripoliyə yenidən zərbələr endirməyə başlayıb

NATO aviasiyası Tripoliyə yenidən zərbələr endirməyə başlayıb
# 10 may 2011 07:28 (UTC +04:00)
Tripoli-APA. Beynəlxalq koalisiyanın təyyarələri Tripoliyə növbəti zərbələr endiriblər. APA-nın məlumatına görə, son zamanlar Liviya paytaxtının bombalanması mütəmadi xarakter almağa başlayıb. Şəhərin müxtəlif bölgələrində ən azı 8 güclü partlayış eşidilib. İlkin məlumata görə, zərbələrin hədəfi Liviya lideri Müəmmər Qəddafinin iqamətgahı olub. Lakin bombardmanlar nəticəsində hərbi əhəmiyyəti olmayan bir necə bina zərər çəkib. Bombalardan biri xarici jurnalistlərin yaşadığı otelin yaxınlığına düşüb, bundan başqa televiziya qülləsinin də hava zərbələrindən zərər çəkdiyi bildirilir. Rəsmi Triploi bombardmanlar nəticəsində dörd azyaşlı uşaq müxtəlif dərəcəli xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR