Bank Of Baku

Hüsnü Mübarək hökumətinin ikinci naziri azadlıqdan məhrum edilib

Hüsnü Mübarək hökumətinin ikinci naziri azadlıqdan məhrum edilib
# 10 may 2011 16:22 (UTC +04:00)
Bakı - APA. Misirin keçmiş turizm naziri Züheyr Qaran 5 il müddətinə azadlıqdan məhrum edilib. APA-nın AFP-yə istinadən xəbərinə görə, sabiq nazir korrupsiyada və büdcə vəsaitlərini talan etməkdə ittiham olunub.

Z.Qarran dövlət torpaqlarını ucuz qiymətə sataraq 51 mln. dollar vəsaiti mənimsəməkdə günahkar bilinib. Söhbət 305 mln. kv. metr torpaq sahəsinin iş adamları Hişam əl-Hazeq və Hüseyn Seqvaniyə 1 kv. metrinin 1 dollara satılmasından gedir. Adı çəkilən biznesmenlər prosesdə iştirak etməsələr də, məhkəmə onların hər birinə 5 il həbs cəzası kəsib.

Qeyd edək ki, Z.Qaran keçmiş daxili işlər naziri Həbib əl-Ədlidən sonra Hüsnü Mübarək hökumətinin azadlıqdan məhrum edilən ikinci naziridir. Əl-Ədli korrupsiyada və pulların yuyulmasında suçlu bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR