Bank Of Baku

Hüsnü Mübarək ifadə verərkən huşunu itirib

Hüsnü Mübarək ifadə verərkən huşunu itirib
# 11 may 2011 08:35 (UTC +04:00)
Bakı – APA. Misirin keçmiş prezidenti Hüsnü Mübarək Şarm-əş-Şeyx xəstəxanasında Baş Prokurorluğun müstəntiqlərinə ifadə verərkən huşunu itirib. APA-nın “Əl-Əhram” internet portalına istinadən yaydığı məlumata görə, ifadə verərkən H. Mübarək çox həyəcanlı və əsəbi vəziyyətdə olub, daha sonra qəflətən halı pisləşib. Həkimlər yarım saat ərzində onu özünə gətiriblər.

H. Mübarəkin ittihamları qəti şəkildə rədd etdiyi dindirilmədən sonra onun həbs müddəti daha 15 gün uzadılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR