Bank Of Baku

Obamanın Keniyadakı qohumlarının mühafizəsi gücləndirilib

Obamanın Keniyadakı qohumlarının mühafizəsi gücləndirilib
# 12 may 2011 18:47 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obamanın Keniyada yaşayan qohumlarının mühafizəsi əl-Qaidənin mümkün hücumlarından qorumaq məqsədi ilə gücləndirilib.
APA-nın verdiyi xəbərə görə, yerli hakimiyyət orqanları Osama bin Ladenin öldürülməsindən sonra bu barədə qərar veriblər.
Onlar bildiriblər ki, Obamanın qohumlarının evlərinə gələn qonaqlar təhlükəsizlik əməkdaşları tərəfindən əsaslı surətdə yoxlanılır.
Obamanın Keniyadakı qohumlarının hamısı bu ölkənin qərbində yerləşən Koqel kəndində yaşayırlar.
Xatırladaq ki, Osama bin Laden mayın 1-də Pakistanın Abbottabad şəhərində keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR