Bank Of Baku

NATO-nun hərbi gəmiləri Misurata limanı yaxınlığında Gəddafi qüvvələrinin gəmilərini atəşə tutub

NATO-nun hərbi gəmiləri Misurata limanı yaxınlığında Gəddafi qüvvələrinin gəmilərini atəşə tutub
# 13 may 2011 04:38 (UTC +04:00)
Bakı-APA. Kanadanın “Sharlottetown” hərbi gəmisi Böyük Britaniya və Fransa hərbi gəmiləri ilə birgə Liviyanın Misurata limanına yaxınlaşmağa cəhd edən Gəddafi güvələrinə məxsus gəmiləri atəşə tutub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, NATO rəsmiləri bildiriblər ki, Gəddafiyə sadiq həbi bölmələr Qərb koalisiyasının gəmilərini sahildən artilleriya və zenit silahdan atəş açıblar. Buna baxmayaraq hökumət gəmiləri geri çəkilməyə məcbur olublar.

Bu Gəddafi qüvvələrinin dəniz əməliyyatı keçirməyə dair ikinci cəhddir. İki həftə əvvəl, onlar Misurata limanını minalamağa cəhd etmişdilər. Lakin NATO gəmiləri bunun qarşısını almışdı və gəmilərin limanına daxil olmasına şərait yaratmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR