Bank Of Baku

Liviya hökuməti NATO-nun bombardmanları dayandıracağı təqdirdə BMT qətnaməsini yerinə yetirməyə hazır olduğunu açıqlayıb

Liviya hökuməti NATO-nun bombardmanları dayandıracağı təqdirdə BMT qətnaməsini yerinə yetirməyə hazır olduğunu açıqlayıb
# 17 may 2011 13:05 (UTC +04:00)
Bakı – APA. Liviya hökumətinin nümayəndələri NATO bombardmanları dayandıracağı təqdirdə BMT Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirməyə hazır olduqlarını bildiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Liviya hökuməti 1973 saylı qətnamənin tələblərini, eləcə də Afrika Birliyinin “yol xəritəsi”ni nəzərdən keçirməyə hazırdır: “Təkcə onu dedilər ki, üsyançılar da anoloji addım atmalı və NATO bombardmanları dayandırmalıdır. Biz hökumətlə müxalifət arasında vasitəçi rolunu öz üzərimizə götürmək istəmirik, lakin BMT-nin, Afrika Birliyinin səylərini, təşəbbüslərini dəstəkləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR