Bank Of Baku

Suriya Obamanın çıxışını təhrikçilik kimi dəyərləndirib

Suriya Obamanın çıxışını təhrikçilik kimi dəyərləndirib
# 20 may 2011 14:23 (UTC +04:00)
Bakı-APA. Suriya ABŞ prezidenti Barak Obamanın Yaxın Şərq və Şimali Afrikada vəziyyətə həsr olunmuş çıxışını öz daxili işlərinə müdaxilə kimi dəyərləndirib. APA-nın məlumatına görə, Barak Obama çıxışında Suriya prezidenti Bəşər Əsədi ya ölkəni demokratiya yoluna aparmağa, ya da yoldan çəkilməyə çağırıb. Suriyanın rəsmi xəbərlər agentliyi bu çıxışı təhrikçilik kimi dəyərləndirib. SANA agentliyinin yaydığı bəyanatda bildirilir ki, Obamanın çıxışı ABŞ-ın Yaxın Şərq ölkələrinin, o cümlədən Suriyanın daxili işlərinə müdaxilə etdiyini təsdiqləyir.

Qeyd edək ki, Barak Obama çıxışında demokratik üsul-idarəsinə can atan ölkələrə maliyyə dəstəyi verəcəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR