Bank Of Baku

Afrikanın 4 ölkəsi birgə ordu yaradacaq

Afrikanın 4 ölkəsi birgə ordu yaradacaq
# 20 may 2011 21:16 (UTC +04:00)
Bakı-APA. Mali, Mavritaniya, Niger və Əlcəzair Saxaranın Sahil rayonunda təhlükəsizliyi təmin etmək üçün birgə silahlı qüvvələr yaradacaqlar. Qoşunun sayı 85 min nəfərə çatacaq. Bu barədə Malinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Sümeylu Bubey Maiqa məlumat verib.

Malinin paytaxtı Bamakoda çıxış edən nazir bildirib ki, yaradılacaq qoşunlar Saxara səhrasının Sahil rayonunda növbə çəkəcək və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə aparacaqlar. Qoşunun fəaliyyət müddəti 18 ay müəyyən olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR