Bank Of Baku

Moqadişoda hökumət qüvvələri 22 islamçını qətlə yetiriblər

Moqadişoda hökumət qüvvələri 22 islamçını qətlə yetiriblər
# 24 may 2011 01:59 (UTC +04:00)
Bakı-APA. Somalinin paytaxtı Moqadişoda hökumət qüvvələri və sülhməramlıların birgə keçirdikləri əməliyyat nəticəsində 22 nəfər islamçı silahlı öldürülüb. Bu barədə Afrika İttifaqının Somalidəki sülhməramlı qüvvələrinin komandanı Natan Muqişa məlumat verib.

««Əş-Şəbab» qruplaşmasının dayağı sayılan Bakkara bazarının cənub və qərb ətrafları ikigünlük döyüşlərdən sonra bizim əlimizə keçib», deyə o bildirib.

«Əldə olan məlumatlara görə, döyüşlərdə 22 radikal həlak olub, daha 40 nəfər isə yaralanıb. Bizim 2 əsgərimiz həlak olub, daha 5 nəfər isə yaralanıb», deyə Muqişə əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR