Bank Of Baku

ABŞ-ın sabiq baş prokuroru Con Aşkroft mühakimə edilməyəcək

ABŞ-ın sabiq baş prokuroru Con Aşkroft mühakimə edilməyəcək
# 31 may 2011 23:50 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Ali Məhkəməsi sabiq baş prokuror Con Aşkroftun 2003-cü ildə həbs edilən müsəlman amerikalı tərəfindən məhkəməyə verilməsini qadağan edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, hakimlərin yekdilliklə qəbul etdiyi qərar Aşkroftun iki həftə nəzarət altında saxlanılan Abdulla Əl-Kiddin həbsinin şəxsən məsuliyyətini daşımadığını irəli sürür.

Corc Buş hakimiyyəti dövründə baş prokuror olan Aşkroftun Əl-Kiddin konstitusion hüquqlarını pozmadığı bildirilir. Əl-Kidd prokuroru 11 sentyabr terror aksiyalarından sonra qanunları pozaraq, insanları şahid kimi həbsi və onların məhkəmələrdə ifadə verməyə məcbur edilməsinə göstəriş verməkdə günahlandırır. O deyir ki, nəzarət altına alınmasının məsuliyyətini Aşkroft daşıyır. Əl-Kidd Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl Vaşinqton hava limanında nəzarət altına alınaraq, şahid kimi 16 gün saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR