Bank Of Baku

NATO aviasiyası Tripoliyə növbəti dəfə zərbələr endirib

NATO aviasiyası Tripoliyə növbəti dəfə zərbələr endirib
# 01 iyun 2011 03:47 (UTC +04:00)
Bakı-APA. NATO aviasiyası Liviyanın paytaxtı Tripoliyə və şəhərin ətrafındakı rayonlara zərbələr endirib.
APA-nın verdiyi xəbərə görə, əsasən şəhərin infrastruktur obyektləri bombardman edilib.
Şahidlərin sözlərinə görə, Tripolidə 6 güclü partlayış baş verib. Dağıntılar və yaralılar barədə xəbərə verilmir.
Bir qədər əvvəl Liviya hökumətinin nümayəndəsi Musa İbrahim jurnalistlərə bildirib ki, NATO qüvvələrinin mayın 19-dan başladığı hava hücumları nəticəsində Liviyada 718 nəfər həlak olub. Bunlar əsasən dinc əhalidir. 4067 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR