Bank Of Baku

Yaponiya Qəddafinin bank vəsaitlərini dondurub

Yaponiya Qəddafinin bank vəsaitlərini dondurub
# 04 iyun 2011 12:28 (UTC +04:00)
Bakı – APA. Yaponiya hökuməti Liviyanın lideri Müəmmar Qəddafi və onun yaxın ətrafındakı bir qrup şəxsin toplam olaraq 4,4 mlrd. dollar dəyərində maliyyə aktivlərinin dondurulmasına dair qərar qəbul edib.

APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bank hesablarının bloklaşdırılması BMT-nin Təhlükəsizlik Şurasının müvafiq tənaməsinə əsasən həyata keçirilib. Liviya hakimiyyətinə qarşı yönəldilmiş bu qətnamə fevralın sonunda qəbul olunub. Mart ayında Yaponiyanın Nazirlər Kabineti bu sanksiyaları təsdiq edib.

Qeyd edək ki, bir qədər öncə Qəddafi və onun yaxınlarının maliyyə aktivlərinin dondurulması ilə bağlı qərar Avropa İttifaqı (30 mlrd. dollar) və ABŞ (30 mlrd. dollar) tərəfindən də qəbul olunub. Rəsmi Vaşinqton bu vəsaiti Liviya xalqına təhvil vermək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR