Bank Of Baku

NATO Liviyada helikopterlərdən istifadə etməyə başlayıb

NATO Liviyada helikopterlərdən istifadə etməyə başlayıb
# 04 iyun 2011 13:11 (UTC +04:00)
Bakı – APA. NATO qüvvələri Liviyada keçirdiyi hərbi əməliyyatlar çərçivəsində ilk dəfə olaraq helikopterlərdən istifadə edib. APA-nın «Reuters»ə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı helikopterlər Liviyanın lideri Müəmmar Qəddafinin tərəfdarlarının hərbi texnikası və obyektlərini atəşə tutub. Əməliyyatlarda əsasən Böyük Britaniya Hərbi Hava Qüvvələrinin «Apache» helikopterlərindən istifadə olunub.

NATO rəsmilərinin sözlərinə görə, hərbi əməliyyatların dinamikliyini, həmçinin əhalinin sıx yaşadığı rayonlara endirilən zərbələrin dəqiqliyini artırmaq məqsədilə helikopterlərdən istifadə etmək qərarına gəlinib. İndiy ədək NATO qüvvələri əməliyyatlarda yalnız təyyarə və «Tomaqavk» raketlərindən istifadə edib. Bununla yanaşı, NATO rəhbərliyi hələ də yerüstü əməliyyatlara başlamaq fikrində olmadığını bildirir.

Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi əsasında aparılan hərbi əməliyyatlara aprel ayında start verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR