Bank Of Baku

Britaniyanın xarici işlər naziri Liviyada üsyançılarla görüşəcək

Britaniyanın xarici işlər naziri Liviyada üsyançılarla görüşəcək
# 04 iyun 2011 16:54 (UTC +04:00)
Bakı – APA. Böyük Britaniyanın xarici işlər naziri Uilyam Xeyq Liviyanın Milli Keçid Şurasının (MKŞ) rəhbərliyi ilə danışıqlar aparmaq məqsədi ilə bu gün Benqazi şəhərinə gəlib. XİN başçısını Britaniyanın beynəlxalq inkişaf naziri Endryu Mitçel müşayiət edir.
APA-nın məlumatına görə, Benqazidə yaradılan MKŞ özünü ölkədəki yeganə legitim hakimiyyət orqanı elan edib. Artıq bəzi Qərb dövlətləri Şuranı rəsmən tanıyıb, digərləri isə Benqaziyə nümayəndələrini göndərib.
Səfər zamanı britaniyalı nazirlərin MKŞ-nın sədri Mustafa Mühəmməd Abdel Cəlil ilə görüşəcəyi gözlənilir.
Nazir U.Xeyq səfərdən öncə bəyan edib ki, bununla rəsmi London Müəmmar Qəddafi ilə silahlı mübarizə aparan Liviya xalqına dəstək olduğunu nümayiş etdirmək fikrindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR