Bank Of Baku

Qəddafi qoşunlarının Misurata hücumu uğursuzluqla bitib

Qəddafi qoşunlarının Misurata hücumu uğursuzluqla bitib
# 08 iyun 2011 23:50 (UTC +04:00)
Bakı-APA. Liviya üsyançıları Müəmmər Qəddafi qoşunlarının Misurata şəhərinə hücumunu dəf ediblər.

Hücum iyunun 7-də səhər saatlarında başlayıb. Qəddafi qoşunları 3 istiqamətdən şəhərə hücum ediblər.

Baş vermiş döyüş nəticəsində üsyançılar əvvəlcə geri çəkiliblər. Döyüşdə 10 üsyançı həlak olub, 30 nəfər isə yaralanıb.

Lakin Qəddafi qoşunları daha böyük itkilər verdiklərindən tutduqları mövqeləri əldə saxlaya bilməyiblər. Əlavə döyüşçülərin gəlməsi ilə üsyançılar hökumət qoşunlarını əvvəlki cəbhə xəttindən bir neçə kilometr arxaya atıblar. Hökumət qoşunlarının qaçarkən atdıqları silahlar isə üsyançıların əlinə keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR