Bank Of Baku

Tunisin keçmiş prezidentinin qiyabi məhkəməsi iyunun 20-də başlanacaq

Tunisin keçmiş prezidentinin qiyabi məhkəməsi iyunun 20-də başlanacaq
# 14 iyun 2011 01:56 (UTC +04:00)
Bakı-APA. Tunisin keçmiş prezidenti Zeynal Abidin ben Əlinin qiyabi məhkəməsi iyunun 20-də başlanacaq. Bu barədə «Əl-Cəzirə» telekanalına müsahibəsində Tunisin baş naziri Beci Kaid Səbsi bildirib.

«Proses hərbi və mülki məhkəmələrdə olacaq», deyə baş nazir əlavə edib.

Ben Əliyə qarşı narkotik, silah və saraylarında 27 milyon dollar saxlama ittihamları irəli sürülüb.

Keçmiş Tunis prezidentinin özü məhkəməni «maskarad» adlandırıb.

Zeynal Abidin ben Əli 23 il Tunisə başçılıq etdikdən sonra bu il yanvarın 14-də xalq üsyanı nəticəsində ölkəsini tərk edərək Səudiyyə Ərəbistanına qaçıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR