Bank Of Baku

Nigeriyada baş vermiş partlayışda 30 nəfər həlak olub

Nigeriyada baş vermiş partlayışda 30 nəfər həlak olub
# 16 iyun 2011 17:43 (UTC +04:00)
Bakı-APA. Nigeriya paytaxtında intiharçı-kamikadzenin törətdiyi partlayışda 30 nəfər həlak olub.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış milli polis qərargahının yaxınlığında yerləşən parkda dayanmış “Mercedess” markalı avtomobildə quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.
Halə ki, terror aktını öz üzərinə götürən olmayıb.
Ehtimallara görə partlayışı Boko Haram islamçı qruplaşması törədib. Bu təşkilat xristian icmasının başçısı Qudlak Conatanı ölkədə keçirilmiş prezident seçkilərinin qalib gəlməsindən narazıdır. Onlar hakimiyyətin Qərbin “korrupsiya siyasətini” həyata keçirilməsində ittiham edirlər və ölkənin islam qaydaları ilə idarə olunması tərəfdarıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR