Bank Of Baku

Mərakeş kralı hakimiyyəti baş nazirlə bölmək qərarına gəlib

Mərakeş kralı hakimiyyəti baş nazirlə bölmək qərarına gəlib
# 18 iyun 2011 01:56 (UTC +04:00)
Bakı-APA. Mərakeş kralı VI Məhəmməd xalqa müraciətində Konstitusiya islahatları planını açıqlayıb.

Belə ki, VI Məhəmməd parlament və baş nazirin səlahiyyətlərinin genişləndirilməsi barədə məlumat verib.

Beləliklə, baş nazir «hökumətin prezidenti» adlanacaq. O dövlət vəzifələrinə, inzibati orqanlara və dövlət müəssisələrinə təyinatlar həyata keçirə biləcək. Hökumətin prezidenti həmçinin parlamenti buraxa biləcək. Əvvəllər bu səlahiyyətə yalnız kral malik idi.

Eyni zamanda təhlükəsizlik, müdafiə və din məsələlərində həlledici rolu kral özündə saxlayıb.

Bu təkliflər iyulun 1-də keçirilməsi nəzərdə tutulan referenduma çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR