Bank Of Baku

Liviyanın şimal-qərbində üsyançılarla hökumət qüvvələri arasında toqquşublar baş verib

Liviyanın şimal-qərbində üsyançılarla hökumət qüvvələri arasında toqquşublar baş verib
# 19 iyun 2011 03:20 (UTC +04:00)
Bakı-APA. Liviya prezidenti Müəmmər Qəddafiyə sadiq qüvvələrlə üsyançılar arasında şimal-qərbi Nalut şəhərində silahlı toqquşma baş verib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə,
üsyançılar atışma nəticəsində azı 8 adamın həlak olduğunu xəbər verirlər.

Bu arada NATO Liviya hökumətinin alyans hava zərbələrinin mülki vətəndaşları hədəf alması haqda iddialarını uydurma adlandırıb. Brüsseldə mətbuat konfransında çıxış edən koalisiya nümayəndəsi Oana Lungesku bildirib ki, Liviya xalqına sistematik şəkildə və qəddarcasına hücum edən Qəddafi və onun qüvvələridir.

Dünən xalqa ünvanlandığı alovlu audio mesajda Qəzzafi NATO-nu məğlub edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR