Bank Of Baku

Tunisdə sabiq prezident Zeynəl Abidin bin Əlinin məhkəməsi başlayıb

Tunisdə sabiq prezident Zeynəl Abidin bin Əlinin məhkəməsi başlayıb
# 20 iyun 2011 13:29 (UTC +04:00)
APA-nın məlumatına görə, prosesdə sabiq prezidentlə yanaşı onun həyat yoldaşı Leyla Trabelsi də qiyabi mühakimə olunur. Məhkəmədə büdcə vəsaitlərinin mənimsənilməsi, silah və narkotik maddələr ticarəti, silah alveri ilə bağlı epizodlar araşdırılır. İstintaq prezidentin bir neçə sarayından ümumilikdə 27 milyon dollar dəyərində zinət əşyaları və valyuta götürüldüyünü deyib. Sabiq prezidentə qarşı ittihamlar təsdiqlənərsə, onu hər bir epizod üzrə ən azı 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Bu məhkəmə prosesi Zeynəl Abidin bin Əliyə qarşı ittihamların yalnız kiçik bir qismini əhatə edir. Ümumilikdə sabiq prezident haqqında 300-ə yaxın cinayət işi başlanıb, onların əksəriyyətinə hərbi tribunalda baxılır. Xatırladaq ki, çevrilişdən sonra Səudiyyə Ərəbistanına qaçan sabiq prezident hazırda ailəsi ilə birlikdə bu ölkədə sığınacaq tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR