Bank Of Baku

Qahirədə Hüsnü Mübarəkin tərəfdarları ilə əleyhdarları arasında toqquşma olub

Qahirədə Hüsnü Mübarəkin tərəfdarları ilə əleyhdarları arasında toqquşma olub
# 25 iyun 2011 09:32 (UTC +04:00)
Bakı - APA. Misirin paytaxtı Qahirədə ölkənin keçmiş prezidenti Hüsnü Mübarək tərəfdarları ilə əleyhdarlarının toqquşması nəticəsində onlarla adam yaralanıb.

APA-nın “əl-Əhram” portalına istinadən xəbərinə görə, toqquşma Qahirənin Mühəndisin rayonunun Ərəb Dövlətləri Liqası küçəsində qeydə alınıb.

Məlumata görə, əvvəlcə Misir paytaxtının Mustafa Mahmud meydanına Mübarəkin 800 nəfərə yaxın tərəfdarı toplaşıb. Onlar sabiq prezident və onun ailə üzvləri üzərində qurulan məhkəmə prosesinə son qoymağı, 25 yanvar üsyanı nəticəsində ölkəni parçalayanları isə həbs etməyi tələb ediblər.

Axşam meydana yaxınlaşan Mübarəkin 300 nəfərə yaxın tərəfdarı opponentlərini hazırkı daxili siyasi kursun düzgünlüyünə inandırmağa çalışıblar. Nəticədə siyasi mübahisə daş və dəyənəklərin istifadə olunduğu əlbəyaxa davaya çevrilib. Yalnız polisin müdaxiləsindən sonra toqquşmaya son qoymaq mümkün olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR