Bank Of Baku

Hüsnü Mübarəkin daha bir naziri azadlıqdan məhrum olunub

Hüsnü Mübarəkin daha bir naziri azadlıqdan məhrum olunub
# 25 iyun 2011 16:33 (UTC +04:00)
Bakı - APA. Misirin sabiq ticarət naziri Rəşid Məhəmməd Rəşid qiyabi olaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, R.M.Rəşid dövlət vəsaitlərinin talan olunmasında və möhtəkir sövdələşmələrdə təqsirli bilinib. Məhkəmə onu 1,57 mln. dollar cərimə ödəməyə də məhkum edib.

Qeyd edək ki, sabiq nazir bu ilin əvvəlində Misirdə baş verən inqilabdan sonra ölkədən qaçıb. Onunla birlikdə qaçan sabiq maliyyə naziri Yusif Butros Qali də qiyabi olaraq mühakimə olunub və külli miqdarda cərimə ödəməklə 30 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin avqust ayında Misirin sabiq prezidenti Hüsnü Mübarək və oğlanları üzərində məhkəmə prosesi başlayacaq. Nümayişçilərin ölümündə günahlandırılan sabiq diktator ölüm cəzasına məhkum edilə bilər. Həbs edildikdən sonra onda xərçəng xəstəliyi aşkarlanıb.

İndiyədək Misirdə Mübarək hökumətinin üç naziri – daxili işlər naziri Həbib əl-Ədli, turizm naziri Züheyr Qarran və mənzil tikintisi naziri Əhməd əl-Məqrəbi azadlıqdan məhrum olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR