Bank Of Baku

NATO Liviyanın hava hücumu zamanı 15 adamın öldüyünə dair iddialarına cavab verir

NATO Liviyanın hava hücumu zamanı 15 adamın öldüyünə dair iddialarına cavab verir
# 26 iyun 2011 01:15 (UTC +04:00)
Bakı-APA. NATO rəsmiləri Liviyanın alyansın bomba hücumları zamanı 15 mülki vətəndaşın həlak olduğuna dair iddialarına cavab verib. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, NATO-nun Liviyada missiyası üzrə nümayəndəsi deyib ki, müttəfiqlərin hərbi təyyarələri strateji baxımdan mühüm liman şəhəri olan Breqada hərbi komandanlıq və nəzarət mərkəzlərini hədəf alıb. O əlavə edib ki, koalisiyanın hava hücumları zamanı mülki vətəndaşlar arasında tələfatla bağlı heç bir əlamət yoxdur. Liviyanın dövlətə xəbər agentliyi hərbi rəsmilərə istinadən NATO-nun hərbi təyyarələrinin Breqa şəhəri ətrafında mülki əhaliyə hücum etdiyi haqda məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR