Bank Of Baku

Liviya futbolçuları üsyançıların tərəfinə keçiblər

Liviya futbolçuları üsyançıların tərəfinə keçiblər
# 26 iyun 2011 02:21 (UTC +04:00)
Bakı-APA.Ölkənin ən güclü 17 futbolçusu 3 aydır ki, Liviya lideri polkovnik Qəddafiyə sadiq qüvvələrə qarşı vuruşan üsyançılar tərəfinə keçdiklərini bəyan ediblər.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, idmançılar arasında, milli komandanın qapıçısı Cuma Qtat və Tripolinin aparıcı futbol klubunun məşqçisi Adel Bin İssanın olduğu xəbər verilir.

Cuma Qtat Qəddafi rejimindən “cana gəldiyini” bildirib.

“Mən azad Liviyanı yaratmaq üçün Qəddafinin bizdən əl çəkməsini istəyirəm”, - deyib Liviya millisinin oyunçusu.

Qtatın dediklərini dəstəkləyən məşqçi Adel Bin İssa deyib ki, bir səhər oyanaraq “Qəddafinin getmiş olduğunu” görmək istəyir.
Futbolun Liviyada populyarlığı nəzərə alınsa futbolçuların qarşı tərəfə keçməsi təbliğat baxımından Qəddafi rejiminə güclü zərbə endirmiş olub.

40 ildir hakimiyyət başında olan polkovnik Qəzzafinin devrilməsinə çalışan üsyançılarla hökumət qüvvələri arasında 3 aydan bəridir ki, döyüşlər aparılır.

Mart ayının sonundan NATO aviasiyası Liviyadakı hərbi kampaniyaya qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR