Bank Of Baku

NATO Qəddafini həbs etməyəcək

NATO Qəddafini həbs etməyəcək
# 28 iyun 2011 19:54 (UTC +04:00)
Bakı-APA. NATO polkovnik Müəmmər Qəddafinin həbsi ilə məşğul olmayacaq.
Bu barədə Alyansın nümayəndəsi Oana Lunqesku bildirib.

O deyib ki, Qəddafini həbs etmək NATO-nun mandatına uyğun deyil. Bu Liviya hökumətinin səlahiyyətindədir. Lunqesku qeyd edib ki, alyans Qəddafi rejiminə hərbi təzyiq göstərməkdə davam edəcək.
Xatırladaq ki, bazar ertəsi Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Müammar Qəddafinin, onun oğlu Seif əl-İslamın və Liviya kəşfiyyat idarəsinin rəhbəri Abdullah əs-Senusinin həbsinə dair order verib. Bunlar hərbi cinayət törətməkdə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR