Bank Of Baku

Qahirədə polislə toqquşmalarda yaralananların sayı 200 nəfəri keçib

Qahirədə polislə toqquşmalarda yaralananların sayı 200 nəfəri keçib
# 29 iyun 2011 11:46 (UTC +04:00)
APA-nın məlumatına görə, yaralılardan 140 nəfərə meydanda ilkin tibbi yardım göstərilib, daha 60 nəfər xəstəxanaya aparılıb. Toqquşma qurbanları xəstəxanalara əsasən kəsici-deşici yaralar, gözyaşardıcı qazdan zəhərlənmə diaqnozu ilə gətiriliblər. Hazırda xəstəxanalarda 10 yaralı həkim nəzarəti altındadır, onlardan biri güllə yarası alıb.

Xatırladaq ki, dünən gecə bir qrup gənc teleqüllə yaxınlığında və “Təhrir” meydanında qarışıqlıq törədib. Polis iğtişaşçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Hazırda “Təhrir” meydanında polislə gənclər arasında toqquşmalar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR