Bank Of Baku

Mərakeşdə seçicilərin 98,5%-i Konstitusiyaya dəyişiklikləri dəstəkləyib

Mərakeşdə seçicilərin 98,5%-i Konstitusiyaya dəyişiklikləri dəstəkləyib
# 02 iyul 2011 04:18 (UTC +04:00)
Bakı-APA. Mərakeşdə ölkə konstitusiyasına dəyişikliklərə dair referendum keçirilib. Referendumda seçicilərin 72,5%-i iştirak edib. Artıq bülletenlərin 94%-i sayılıb. Seçicilərin 98,5%-i konstitusiyaya dəyişiklikləri bəyənib.

Mərakeşdə konstitusiyanın dəyişdirilməsi prosesinə 3 ay əvvəl başlanılıb. O zaman xalq həyəcanlarından sonra hökumət siyasi sistemin demokratikləşdirilməsi barədə qərar qəbul etmişdi.

Yeni konstitusiya layihəsinə görə, monarxın səlahiyyətləri məhdudlaşdırılır, baş nazir parlamenti buraxmaq hüququna malik olacaq, məhkəmə hakimiyyəti isə qanunverici və icraedici hakimiyyətdən asılı olmayacaq. Monarx parlament seçkilərində qalib gəlmiş partiyanın rəhbərini baş nazir təyin edəcək. O birtərəfli qaydada parlamenti buraxa bilməyəcək. Kral VI Məhəmməd yalnız Konstitusiya məhkəməsi ilə məsləhətləşmələrdən sonra parlamenti buraxa biləcək.

Həmçinin yeni konstitusiyaya görə, Mərakeş əhalisinin 60%-ni təşkil edən bərbərlərin dili ilk dəfə olaraq dövlət dili statusu alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR