Bank Of Baku

Sudan hakimiyyəti Cənubi Sudanın müstəqilliyini tanıyıb

Sudan hakimiyyəti Cənubi Sudanın müstəqilliyini tanıyıb
# 08 iyul 2011 17:48 (UTC +04:00)
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Sudanın prezident aparatı üzrə nazir Bakri Həsən Saleh dövlət televiziyası ilə bəyanatında deyib ki, Sudan respublikası Cənubi Sudanı müstəqil dövlət kimi 1956 ilin yanvarın 1-də müəyyən olunmuş sərhədlərində tanıyır.
Cənubi Sudanın müstəqilliyi rəsmi olaraq iyulun 9-da elan olunacaq.
Qeyd olunan gün Cənubi Sudanın ayrılması üzrə referendumdan sonra müəyyən olunmuş altıaylıq keçid dövrü bitəcək.
Xatırladaq ki, referendumda neftlə zəngin olan Cənubi Sudanın əhalisinin tam əksəriyyəti müstəqilliyin lehinə səs verib.
Lakin “şimalın” və “cənubun” hökumətləri sərhədlərin delimitasiyasına dair bir necə məsələlərdə razılığa gələ bilməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR