Bank Of Baku

Konqo Demokratik Respublikasında sərnişin təyyarəsi qəzaya uğrayıb

Konqo Demokratik Respublikasında sərnişin təyyarəsi qəzaya uğrayıb
# 08 iyul 2011 18:46 (UTC +04:00)
Hewa Bora aviaşirkətinin rəhbəri Stavrosa Papaioannu bildirib ki, qəzada 53 nəfər həlak olub. O, gələcəkdə bu rəqəmin dəyişəcəyini istisna etməyib.

Təyyarənin qəzaya uğramasına səbəb pis hava şəraitinin olduğu bildirilir. Pilot təyyarəni oturtmaq istəsə də uçuş zolağına düşə bilməyib, Papaioannu deyib.

Konqo dövlətinin rəsmi nümayəndəsi Lambert Mende bildirib ki, xilasedicilər qəzaya uğrayan Boing 727 təyyarəsinin qalıqları altından 40 nəfər sağ sərnişini çıxara biliblər.

Bildirilir ki, Hewa Bora aviaşirkəti Avropa İttifaqının tətbiq etdiyi “qara siyahıdadır” . Bu siyahıya təhlükəsizliyin təmin olunması səbəbindən uçuşları həyata keçirmək qadağan olunan aviaşirkətlər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR