Bank Of Baku

BMT Misiri azad və ədalətli seçkilər keçirməyə çağırıb

BMT Misiri azad və ədalətli seçkilər keçirməyə çağırıb
# 09 iyul 2011 04:55 (UTC +04:00)
Bakı-APA. BMT-nin Baş katibi Pan Ki Mun Misirin keçid hökumətini ədalətli və şəffaf seçkilər keçirməyə çağırıb.

APA-nın verdiyi xəbərə görə, Cənubi Sudanın paytaxtı Suda Cuba şəhərində Pan Ki Mun Misirin xarici işlər naziri Məhəmməd əl-Ərəbi ilə görüşü zamanı Misirdə dinc əhalinin öldürülməsində məsuliyyət daşıyan adamların məhkəmə proseslərinin tez bir zamana keçirilməsinə çağırıb.

Cümə günü Misirin bir neçə şəhərində islahatların sürətləndirilməsi tələb ilə kütləvi aksiyalar davam etdirilib.

Keçid hökumətinin rəhbəri Essam Şərəf bildirib ki, parlament seçkiləri sentyabr ayının sonunda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR