Bank Of Baku

BMT Cənubi Sudanı müstəqil dövlət kimi tanıyıb

BMT Cənubi Sudanı müstəqil dövlət kimi tanıyıb
# 15 iyul 2011 01:47 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Millətlər Təşkilatının binasının qarşısında müstəqilliyini yeni qazanmış Cənubi Sudanın milli bayrağı ucaldıldı.
APA-voanews.com saytına istinadən verdiyi xəbərə gör, BMT yeni yaranmış Cənubi Sudan dövlətini tanıyandan sonra o, BMT-yə 193-cü üz ölkə oldu. BMT-nin Baş Assambleyası Təhlükəsizlik Şurası Cənubi Sudanın təşkilata üzv olmasını təklif etdikdən sonra yekdilliklə ölkəni tanıyıb.

Dünyanın ən gənc dövləti keçən həftə şənbə günü Sudandan ayrılaraq müstəqil oldu. 21 illik vətəndaş müharibəsi 2005-ci ildə sona çatıb.

Sudan və Cənubi Sudan sərhəd və neft gəlirləri məsələləri ilə bağlı mübahisələri həll etməlidir. BMT-nin Təhlükəsizlik Şurası mübahisəli Abiyel regiona yeni sülhün mühafizə qüvvələri göndərilməsi haqda bu yaxınlarda qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR