Bank Of Baku

Liviya üsyançıları Tripolinin cənubunda hücuma keçiblər

Liviya üsyançıları Tripolinin cənubunda hücuma keçiblər
# 15 iyul 2011 04:15 (UTC +04:00)
Bakı-APA. Liviya üsyançıları bildiriblər ki, başladıqları hücum nəticəsində paytaxt Tripoliyə 80 kilometrə qədər yaxınlaşa biliblər və Es-Sabah şəhərinin yaxınlığında öz mövqeyini gücləndiriblər.
APA-nın verdiyi xəbərə görə, onlar Tripolidən 100 km aralıda yerləşən El Qavaliş şəhərini öz nəzarətinə götürməyə müvəffəq olublar.

Bu arada üsyançılar ölkənin şərqində Müəmmar Qəddafi qoşunlarının əlində olan neftlə zəngin Marsa el-Breqa şəhəri istiqamətinə tərəf irəliləyirlər.

Bir qədər əvvəl rəsmi Tripolinin yaydığı xəbərdə deyilir ki, Qərb koalisiyasının bombardmanları başlanandan bəri 1100 nəfər dinc əhali həlak olub, 4,5 min nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR