Bank Of Baku

ABŞ Qəddafiyə hakimiyyətdən getməyi təklif edib

ABŞ Qəddafiyə hakimiyyətdən getməyi təklif edib
# 19 iyul 2011 23:53 (UTC +04:00)
Bakı-APA. Ağ Evin nümayəndələri Tripolidə Müəmmər Qəddafi hökumətinin üzvləri ilə danışıqlar keçiriblər.

Liviya hökumətinin nümayəndəsi İbrahim Musanın sözlərinə görə, görüş Tripoli və Vaşinqton arasındakı fikir ayrılıqlarının aradan qaldırılmasına həsr edilib.

«Bu birinci addımdır, lakin biz irəliyə doğru hərəkət edəcəyik. Biz keçmişdə qalmaq istəmirik», deyə o bəyan edib.

ABŞ Dövlət departamentinin nümayəndəsi isə görüşün Qəddafiyə hakimiyyətdən getmək təklif etmək üçün təşkil olunduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR