Bank Of Baku

Qəddafi: «Üsyançılarla danışıqlar olmayacaq»

Qəddafi: «Üsyançılarla danışıqlar olmayacaq»
# 22 iyul 2011 02:53 (UTC +04:00)
Bakı-APA. Liviya lideri Müəmmər Qəddafi üsyançılarla danışıqlar aparılması variantını rədd edib.

Liviya liderinin müvafiq bəyanatı onun doğma şəhəri olan Sirtdə Qəddafi lehinə keçirilən mitinqin iştirakçılarına göndərilib.

«Mən onlarla danışmayacağam. Bizim aramızda Qiyamət gününədək heç bir danışıq olmayacaq», deyə polkovnik bəyan edib.

Daha öncə Liviya Keçid milli şurasının icraiyyə komitəsinin başçısı Mahmud Cibril üsyançıların «diktator hakimiyyətdən imtina etməyincə» rəsmi Tripoli ilə danışıqlar aparmayacağını bəyan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR