Bank Of Baku

Hüsnü Mübarəkin həkimi sabiq prezidentin vəfatı xəbərini təkzib edib

Hüsnü Mübarəkin həkimi sabiq prezidentin vəfatı xəbərini təkzib edib
# 27 iyul 2011 11:42 (UTC +04:00)
Qahirə-APA. Misirin sabiq prezidentinin səhhətini nəzarətdə saxlayan həkimlər Hüsnü Mübarəkin vəfatı xəbərini təkzib ediblər. APA-nın məlumatına görə, həkim briqadasının rəhbəri Assem Azzam bildirib ki, eks-prezidentin ölməsi xəbəri həqiqətəuyğun deyil: “Mübarəkin vəfat etməsi xəbərinin guya onun səhhətinə nəzarət edən briqadanın tərkibindəki alman həkimə istinadən yayılması məni təəccübləndirdi. Çünki, rəhbərlik etdiyim briqadanın tərkibi tam şəkildə misirli həkimlərdən təşkil olunub. Düzdür, Hüsnü Mübarək ağır psixoloji vəziyyətdədir, ağır stress keçirir və dördüncü gündür qidadan imtina edir. O çəki itirib və yalnız həkimlərin və xanımı Suzan Mübarəkin israrından sonra şirələr içməyə razılıq verib. Əgər, sabiq prezidentin səhhəti pisləşsə, onda biz vena daxilinə yeritməklə alternativ qidalandırma üsulundan istifadə edəcəyik. Hazırda prezidentin səhhəti stabildir”.

Qeyd edək ki, esk-prezident hazırda Şarm-əl-Şeyx şəhərində beynəlxalq hospitalda ev dustağı şəraitində saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR