Bank Of Baku

Nigerdə 10 hərbçi qiyam qaldırmaq ittihamı ilə həbs olunub

Nigerdə 10 hərbçi qiyam qaldırmaq ittihamı ilə həbs olunub
# 03 avqust 2011 03:55 (UTC +04:00)
Bakı-APA. Niger prezidenti Məhəmmədu İssufu iyul ayında qiyam etmək ittihamı ilə 10 nəfərin həbs olunduğunu bildirib.

«İyulun 12-dən 13-nə keçən gecə planlaşdırılmış hərəkətlər vasitəsilə dövlətin təhlükəsizliyinə təhlükə yaratmaq istəyən şəxslərdən 10 nəfəri həbs olunub, 1 nəfər isə axtarışdadır», deyə prezident bəyan edib.

İyul ayında Frans Press mövcud quruluşu dəyişmək və prezidenti öldürmək cəhdinə görə Nigerdə bir neçə hərbçinin həbs olunduğunu bildirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR