Bank Of Baku

Uqandada 20 milyon il əvvəl yaşamış meymuna aid kəllə sümüyü tapılıb

Uqandada 20 milyon il əvvəl yaşamış meymuna aid kəllə sümüyü tapılıb
# 03 avqust 2011 10:50 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Alimlər Uqandanın şimalında 20 milyon yaşında bir meymuna aid kəllə sümüyünü tapıblar. APA-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, fransız və uqandalı paleontoloqlar bu dövrə aid ilk dəfədir böyük bir meymunun kəllə sümüyünün tapıldığını bildiriblər. Meymun kəlləsi üzərində aparılan tədqiqatlar onun Uqanda Pitcehus Major tipli bir erkək cinsinə aid olunmaqla ağaclarda yaşayan, təxmini 10 yaşında olan bir heyvana mənsub olduğunu göstərir. 25 ildir Uqandada tədqiqat aparan fransız paleontoloqlar daha dəqiq məlumat əldə etmək üçün kəllə sümüyünün Parisə aparılacağını, daha sonra Uqandaya göndəriləcəyini deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR