Bank Of Baku

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin məhkəməsi başlayıb

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin məhkəməsi başlayıb
# 03 avqust 2011 10:07 (UTC +04:00)
Qahirə-APA. Misirin sabiq prezidenti Hüsnü Mübarəkin məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, bu gün müalicə olunduğu Şarm əl-Şeyxdən xüsusi təyyarə ilə paytaxt Qahirəyə gətirilən Hüsnü Mübarəkin mühakimə prosesi qalmaqalla başlayıb. Sabiq prezident tərəfdarları və əleyhdarları məhkəmə zalının qarşısında aksiya keçirirlər. Toqquşmaların baş verməsinin qarşısını almaq üçün əraziyə çoxsaylı polis qüvvələri və hərbi texnika gətirilib. Qeyd edək ki, məhkəmə prosesi Hüsnü Mübarəkin adını daşıyan Polis Akademiyasının əsas binasında keçirilir. Prosesin əvvəlində vəkillər Hüsnü Mübarəkin zalda dəmir qəfəsdə mühakimə olunmasına etiraz etsələr də, hakim bu qaydanın sabiq prezident tərəfindən qoyulduğunu və ağır cinayətlərdə ittiham olunan şəxslərin məhkəmə zalında dəmir qəfəsdə oturmalı olduğunu bildirib. Proses davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR