Bank Of Baku

Hüsnü Mübarəkim məhkəmə prosesi Qahirədə canlı yayımlanır

Hüsnü Mübarəkim məhkəmə prosesi Qahirədə canlı yayımlanır
# 03 avqust 2011 12:17 (UTC +04:00)
Qahirə-APA. Misirin sabiq prezidenti Hüsnü Mübarəkin məhkəmə prosesi paytaxt Qahirədə canlı yayımlanır. APA-nın məlumatına görə, şəhər sakinləri müxtəlif meydanlarda qurulmuş böyük ekranlarda məhkəmə prosesini canlı izləyə bilirlər. Qeyd edək ki, Polis Akademiyasının binasında keçirilən məhkəmə prosesində Hüsnü Mübarəklə yanaşı iki oğlu və sabiq daxili işlər naziri Həbib əl-Adili də mühakimə olunur. Müttəhimlər dəmir qəfəsə salınıb, Hüsnü Mübarək uzanmış vəziyyətdə ifadə verir. Sabiq prezidentin vəkillərindən Məhəmməd Əbdülrazi jurnalistlərə açıqlamasında bildirib ki, Mübarəkin mülki məhkəmədə mühakimə olunması qanunsuzluqdur: “İkinci prezident Ənvər Sadat dövründə qəbul olunan və hələ də qüvvədə olan qanuna görə, hərbçilər mülki məhkəmədə mühakimə oluna bilməzlər. Hüsnü Mübarək Hava Qüvvələri Akademiyasının komandanı və pilotdur, hərbi rütbəsi qalmaqdadır, ona görə də işə hərbi məhkəmədə baxılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR