Bank Of Baku

Müəmmər Qəddafinin oğlunun bombardmanlar zamanı öldüyü barədə xəbər yayılıb

Müəmmər Qəddafinin oğlunun bombardmanlar zamanı öldüyü barədə xəbər yayılıb
# 05 avqust 2011 10:49 (UTC +04:00)
Tripoli-APA. Liviya lideri Müəmmər Qəddafinin oğlu Xamis Qəddafinin NATO aviasiyasının Ziliten şəhərinin bombardman etməsi nəticəsində öldüyü barədə xəbərlər yayılıb. APA-nın məlumatına görə, müxalifətin təmsilçisi Məhəmməd Zevavi bu xəbəri Liviya hərbi komandanlığındakı mənbələrin verdiyini bildirib. Bombardmanda Xamis Qəddafi ilə yanaşı 31 nəfər də ölüb. Qeyd edək ki, bundan əvvəl Qəddafinin ən kiçik oğlu Seyfül Ərəb Qəddafinin və üç nəvəsinin bombardmanda öldüyü barədə xəbərlər yayılsa da, sonradan bu xəbərlər təsdiqini tapmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR