Bank Of Baku

Qəddafi tərəfdarları Liviya liderinin oğlunun öldürülməsi xəbərini təkzib ediblər

Qəddafi tərəfdarları Liviya liderinin oğlunun öldürülməsi xəbərini təkzib ediblər
# 05 avqust 2011 14:06 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Liviya lideri Müəmmər Qəddafinin tərəfdarları NATO hücumları zamanı polkovnikin oğullarından birinin ölməsi xəbərini təkzib ediblər. APA-nın məlumatına görə, Qəddafinin oğlu Xamis Qəddafinin NATO aviasiyasının Ziliten şəhərinin bombardman etməsi nəticəsində öldüyü barədə xəbərlər yayılıb. Bombardmanda Xamis Qəddafi ilə yanaşı 31 nəfərin öldüyü də qeyd olunub. NATO-dan isə hələlik xəbərin dəqiqləşdirməyiblər.
Qeyd edək ki, bundan əvvəl Qəddafinin ən kiçik oğlu Seyfül Ərəb Qəddafinin və üç nəvəsinin bombardmanda öldüyü barədə xəbərlər yayılsa da, sonradan bu xəbərlər təsdiqini tapmayıb. NATO-dan isə hələlik xəbərin dəqiqləşdiriləcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR