Bank Of Baku

Somali hökuməti “Əş-Şabaab” döyüşçülərinə amnistiya elan edib

Somali hökuməti “Əş-Şabaab” döyüşçülərinə amnistiya elan edib
# 10 avqust 2011 07:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Somali keçid hökuməti «Əş-Şabaab» radikal islamçı qruplaşmasının üzvlərinə amnistiya təklif edib. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, hökumətin təklif etdiyi amnistiyada «Əş-Şabaab» döyüşçüləri silahı yerə qoymağa və öz xalqları ilə «yenidən birləşməyə» çağırılıb. Zorakı addımlardan çəkinəcək terrorçular cəzadan azad olunacaqlar: «Biz amnistiya təklif edirik: siz silah-sursatları atın, gəlin və xalqınızla, ölkənizlə yenidən birləşəcəksiniz».

Qeyd edək ki, avqustun 6-da hökumət qoşunları «Əş-Şabaab» döyüşçülərini paytaxt Moqadişodan çıxmağa məcbur edib. Terror təşkilatının nümayəndəsi isə yerli “Andalus” radiosuna açıqlamasında bildirib ki, «Əş-Şabaab» döyüşçüləri müharibə aparmaq taktikasını dəyişiblər: «Biz dinc sakinlərin həyatlarını qorumaq istəyirik. Amma Afrika İttifaqına qarşı yönəlmiş kampaniyanı və əməliyyatları davam etdirəcəyik».

Qeyd edək ki, «Əş-Şabaab» təşkilatının «Al-Qaida» terror təşkilatı ilə bağlılığının olması iddia edilir. Təşkilat faktiki olaraq Eritreya dövləti tərəfindən dəstəklənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR