Bank Of Baku

Avstraliya mafiyasının «xaç anası» 26 il həbs cəzası alıb

Avstraliya mafiyasının «xaç anası» 26 il həbs cəzası alıb
# 10 avqust 2011 16:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Avstraliya məhkəməsi ölkədə «xaç anası» kimi tanınan kriminal ailələrindən birinin başçısı barədə hökm çıxarıb.

APA-nın «Associated Press»ə istinadən verdiyi məlumata görə, Melburn şəhərində tanınmış mafiya ailələrindən birinin başçısı xanım Cudi Moran məhkəmənin hökmü ilə 26 il müddətinə azadlıqdan məhrum edilib. 66 yaşlı bu qadın 2009-cu il iyunun 15-də törədilən qətl hadisəsinin sifarişçisi olmaqda ittiham olunub. Cinayət əməlini həyata keçirən Cefri Armor da məhkəmənin hökmü ilə 26 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumatda o da qeyd olunub ki, Moran ailəsi Melburn şəhərində güclü imkanlara malik ailə olaraq tanınır. 1998-2010-cu illərdə şəhərdə kriminal ailələr arasında gedən qarşıdurmada ümumilikdə 40 nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR