Bank Of Baku

Uattara tərəfdarları Fil Dişi Sahilində 26 nəfəri qətlə yetiriblər

Uattara tərəfdarları Fil Dişi Sahilində 26 nəfəri qətlə yetiriblər
# 11 avqust 2011 19:43 (UTC +04:00)
Bakı-APA. BMT-nin sülhməramlı missiyası bildirib ki, Fil Dişi Sahilində hazırkı prezident Alassan Uattaranın tərəfdarları son iki ay ərzində 26 nəfəri öldürüblər.
APA-nın məlumata görə, qətllər keçmiş prezident Laurent Gbagbonun silahlı dəstələri fəaliyyət göstərdikləri ölkənin cənub və qərb regionlarında baş verib.
Bununla yanaşı Laurent Gbagbonun da tərəfdarları bir neçə insanı qətlə yetirib.
Qeyd edək ki, Kot-d’İvuarda keçirilmiş prezident seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası müxalifətçi Alassan Uattaranın qalib gəldiyini elan etsə də, keçmiş prezident Loran Qbaqbo hakimiyyəti ona təhvil verməkdən imtina edərək özünü qalib elan etmişdi. Bu əvvəl siyasi böhrana, sonradan silahlı toqquşmaya gətirib çıxarıb. Laurent Gbagbo bu ilin aprelində həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR