Bank Of Baku

Liviya üsyançıları bir gündə 11 nəfər itiriblər

Liviya üsyançıları bir gündə 11 nəfər itiriblər
# 13 avqust 2011 03:51 (UTC +04:00)
Bakı-APA.Son bir gün ərzində Marsa-əl-Breqa limanı uğrunda döyüşlərdə Liviya üsyançıları 11 nəfər itiriblər, daha 50 nəfər isə yaralanıb. Bu barədə döyüşlərdən şimal-şərqdə yerləşən Əcdəbiyyə şəhəri xəstəxanasının həkimləri bildiriblər.

Onların sözlərinə görə, mülki əhali arasında da itkilər var: Qəddafi qoşunlarının atdığı raketlərdən biri yaşayış evinə düşərək ev sakinini qətlə yetirib.

Buna baxmayaraq, üsyançılar limandan 15 km məsafədə olan Yeni Breqa yaşayış məntəqəsini ələ keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR