Bank Of Baku

İƏT ölkələri Somaliyə 350 milyon dollar yardım ayıracaqlar

İƏT ölkələri Somaliyə 350 milyon dollar yardım ayıracaqlar
# 18 avqust 2011 08:57 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələr Somalidə açlıqdan əziyyət çəkən insanlara ümumilikdə 350 milyon dollar ayıracaqlar. APA-nın Türkyə mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq qərar İstanbulda başa çatmış İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin fövqəladə iclasında qəbul edilib. İclasda 57 müsəlman ölkəsinin təmsilçisi Somalidaki insanlıq faciəsi və bu ölkə əhalisinə əlaqələndirilmiş yardım yollarını müzakirə ediblər. Somalidəki vəziyyətlə əlaqədar Türkiyə, Azərbaycan, Pakistan və bir çox digər İƏT ölkəsi artıq bu ölkəyə yardım kampaniyasına start verib. İstanbuldakı toplantıda Azərbaycanı ölkəmizin İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəsi, səfir Tofiq Abdullayev təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR