Bank Of Baku

Misir İsraildəki səfirini geri çağırıb

Misir İsraildəki səfirini geri çağırıb
# 20 avqust 2011 08:27 (UTC +04:00)
Bakı – APA. Misir İsraildəki səfirinin geri çağırılması ilə bağlı qərar qəbul edib. APA-nın məlumatına görə, Misir hökumətinin bəyanatına əsasən, bu addım 5 misirli hərbçinin qətli ilə bağlıdır. Rəsmi Qahirə hadisə ilə bağlı araşdırma aparılmayanadək səfiri geri qaytarmağı planlaşdırmır.

Xatırladaq ki, misirli hərbçilər iki gün öncə İsraillə sərhəddə öldürülüb. Misir tərəfinin məlumatına görə, hərbçilər İsrailə məxsus helikopterdən atəşə tutulublar. Həmin helikopter isə Eylat şəhəri yaxınlığında terror törətmiş yaraqlıların məhv edilməsi əməliyyatında iştirak edib.

Lakin rəsmi Tel-Əviv hərbçilərin qətli ilə bağlı məsuliyyəti öz üzərinə götürməsə də, faktla bağlı ciddi araşdırmanın aparılacağını bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR