Bank Of Baku

Afrika Birliyi ölkələrinin təcili toplantısı keçiriləcək

Afrika Birliyi ölkələrinin təcili toplantısı keçiriləcək
# 22 avqust 2011 16:48 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Afrika Birliyi ölkələrinin təcili toplantısı keçiriləcək. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçiriləcək iclasda Liviyadakı son hadisələrlə bağlı vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, ötən gün Liviya üsyançıları Müəmmər Qəddafiyə tabe ordu birləşmələrinin nəzarətində olan paytaxt Tripoli şəhərini hücumla ələ keçiriblər. Liviya liderinin üç oğlu əsir götürülüb, Tripolinin bütün strateji obyektlərinə üsyançılar nəzarət edir. Qəddafinin iqamətgahının yerləşdiyi Bab əl-Əziziyyə məhəlləsi üsyançılar tərəfindən mühasirəyə alınıb. Diktatorun harada gizləndiyi hələlik məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR